Cəlilabad sakinlərindən 4 kq-dan çox heroin götürülüb

14.01.2020 12:27
Cəlilabad sakinlərində narkotik maddə aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ay verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağayevin evindən 2 kiloqram 207 qram heroin və metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göytəpə şəhər sakini Ş.İsmayılovun evinin zirzəmisindən 2 kiloqram 565 qram heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə həmin vaxt orada olan həmyerliləri A.Zeynalovdan və G.Məmmədovdan ümumilikdə 7 qrama yaxın heroin aşkar edilib.