Anasının silahı ilə video çəkən məktəbli özünü vurdu

16.01.2020 17:09
Hindistanla məktəbli "TikTok” üçün video çəkərkən yanlışlıqla özünü vurub.

"Gulf News”un məlumatına görə, dərsdən evə qayıdan Keşav Kumar adlı məktəbli anasından silahını ona verməsini istəyib.

O, silahla videoçəkiliş etmək istədiyini qeyd edib. Əsgər obrazı yaratmağa çalışan məktəbli silahı çiyninə qoyub. Bu zaman onun barmağı tətiyə toxunub, silahın qoruyucusu açıq olduğu üçün atəş açılıb.

Yeniyetmə məktəbə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.