ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

21.01.2020 10:38

ABŞ rəhbərliyinin İrana qəzəbli münasibəti İran xalqının müstəqilliyindən və Tehranın Vaşinqtona qarşı müxalifətindən qaynaqlanır.

Lenta.ru-nun məlumatına görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xameneyi "Twitter”də bəyan edib.

"İranın ABŞ-a qarşı müqaviməti bütün dünya üçün cəlbedicidir. Vaşinqton İİR-in müstəqil dövlət imicinə və təcavüzkara qarşı müqavimət göstərən millətinə görə İran xalqına qəzəblənir”, - deyə o bildirib.

Ayətullah Xameneyi bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds” xüsusi təyinatlılarının komandirinin öldürülməsini "qorxaq kimi davranan və artıq imicini bərpa edə bilməyən ABŞ üçün rüsvayçılıq” adlandırmışdı.