Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyüldü

21.01.2020 10:43
Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

REYD xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Qəniyeva Könül Xasay qızı həyat yoldaşı tərəfindən döyülərək, çoxsaylı sınıq xəsarətləri alıb. Yaralı 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.