13 yaşlı oğlan itkin düşdü

22.01.2020 10:18
Şəki 13 yaşlı oğlan itkin düşüb.

REYD-in verdiyi xəbərə görə, rayonun Qoxmuq kənd sakini, 1986-cı il təvəllüdlü Zəhra Hüseynli yanvarın 20-də polisə müraciət edərək bildirib ki, oğlu, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Z.Hüseynli oğlunun psixi xəstə olduğunu bildirib.

Hazırda onun axtarışı davam etdirilir.