İranda daha bir faciə: Ölənlər var

28.01.2020 10:16
İranın İsfahan vilayətinin Sepahanşəhr şəhərində Tehran-Şiraz avtobusunun aşması nəticəsində doqquz nəfər həlak olub.

IRNA-nın məlumatına görə, bu barədə Fövqəladə hallar və təcili yardım idarəsinin rəhbəri Qafur Rastin deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 18 nəfər yaralanıb. Onlardan beşi qadın və ikisi uşaqdır.

Yaralılardan biri hadisə yerində müayinə olunub və evə buraxılıb, qalanları isə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qafur Rastin vurğulayıb ki, sürücü sağdır.

Qəzanın səbəbləri araşdırılır.