Əfqanıstanda silahlıların hücumu nəticəsində 10 polis həlak olub

28.01.2020 10:20
"Taliban” yaraqlılarının hücumu nəticəsində hüquq-mühafizə orqanlarının ən azı on əməkdaşı həlak olub.

REYD "Ariana News” agentliyinə istinadən verdiyi məlumata görə, silahlılar Əfqanıstanın şimal-şərq əyaləti olan Bağlanda yollardan birində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Silahlılar arasında öldürülənlərin olub-olmadığı barədə məlumat verilmir.