Cokoviç səkkizinci dəfə “Australian Open”in qalibi oldu

03.02.2020 09:15
Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə cari ildə ilk turniri olan Avstraliya çempionatının qalibi olub.

"Çempionat” xəbər verir ki, finalda Cokoviç avstriyalı rəqibi Dominik Timi beş setdə məğlub edib - 6:4, 4:6, 2:6, 6:3, 6:4.

Bu qələbədən sonra Cokoviç ən yaxşı tennisçilər siyahısında birinci yeri özünə qaytarıb.

Qyed edək ki, karyerası ərzində serbiyalı idmançı Böyük Dəbilqə seriyasının 17 turnirinin, o cümlədən səkkiz dəfə "Australian Open”in qalibi olub.