ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

03.02.2020 09:16
ABŞ-da daha üç koronavirusa yoluxma halı qeydə alınıb.

REYD xəbər verir ki, bu barədə "San Francisco Chronicle” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu dəfə Çindən yenicə qayıdan Kaliforniyanın Santa-Klara dairəsinin iki sakinində virus aşkarlanıb. Daha sonra onlardan biri ilə ünsiyyətdə olan üçüncü şəxs də virusa yoluxub.

Belə olan halda ABŞ-da ümumi yoluxanların sayı 11 nəfərə çatıb. Bu virusdan hələlik ölən qeydə alınmayıb.