Anasını və arvadını tüfənglə öldürüb intihar etdi

05.02.2020 10:42
Türkiyənin Hatay şəhərində Ömər Yıldırım adlı şəxs anasını və həyat yoldaşını tüfənglə qətlə yetirdikdən sonra intihar edib.

Bu barədə "HaberGlobal” informasiya yayıb.

Məlumata görə, 27 yaşlı qatil həyat yoldaşı Pərvin Yıldırım (27 yaş) və anası Əminə Yıldırımı (50 yaş) evlərində qətlə yetirib, daha sonra eyni silahla intihar edib. Silah səslərini eşidən qonşular polisə müraciət edib.

Hadisə yerinə yollanan hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.