Bakıda aptek müdirinin asılmış meyiti tapıldı

07.02.2020 14:02
Bakıda aptek müdirinin meyiti iş yerində asılmış vəziyyətdə tapılıb.

REYD-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.  

Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğludur.

Faktla bağlı araşdırma aparılır.