Bakıda naməlum şəxslər damdan mağazaya girərək beş min manatlıq paltar oğurladılar

07.02.2020 14:06
Bakının Xəzər rayonunun Binə qəsəbəsində mağazadan oğurluq edilib.

Bu barədə REYD-ə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Ticarət obyektinin sahibi Fazil Məmmədov 3-cü polis şöbəsinə şikayət edərək,  oğurluq edənlərin mağazanın damından girib 5 000 manat dəyərində paltar oğurladıqlarını deyib.

Bundan əlavə, paytaxtın Binəqədi rayonunda İlqar Kərimova məxsus evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrunun evə pəncərədən girdiyi bildirilib.

Faktlarla bağlı hələlik heç kim tutulmayıb.