Bakıda evdə kişi meyiti tapılıb

07.02.2020 14:08
Bakıda evdə meyit tapılıb.

REYD-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Nuriyev Ramiz Abduləli oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Hazırda R. Nuriyevin ölüm səbəbinin müəyyən edilməsi ilə bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.