Göyərtəsində 100-ə yaxın sərnişin olan təyyarə məcburi enişə hazırlaşır

10.02.2020 12:50
Göyərtəsində 100-ə yaxın sərnişin olan təyyarə məcburi enişə hazırlaşır
Rusiyada Krasnoyarsk-Moskva reysini həyata keçirən "Nordstar” aviaşirkətinə məxsus "Boeing 737” təyyarəsi təcili enişə hazırlaşır.

TASS-ın məlumatına görə, göyərtədə 100 nəfərdən artıq sərnişin var.

Bildirilir ki, geri qayıtma barədə qərara səbəb təyyarənin qanadında yaranan problem olub.

"Təyyarə yanacağı tam sərf etdikdən sonra aeroporta eniş edəcək”, - deyə xəbərdə bildirilib.