Ata oğluna təcavüz etdi

10.02.2020 12:53
Rusiyada ata oğluna təcavüz edib.

Moika78.ru-nun xəbərinə görə, Sankt-Peterburq sakini 38 yaşlı qadın oğluna təcavüz olunması iddiası ilə polisə şikayət edib.

Onun dediyinə görə, fevralın 6-da 37 yaşlı əri onların yeddi yaşlı oğullarını uşaq bağçasından götürüb.

Daha sonra Sedova küçəsində yerləşən mənzilə apararaq ona təcavüz edib.

Uşağın ata-anasının bir ildən artıqdır ki, ayrı yaşadıqları bildirilib.

Faktla bağlı araşdırma başlayıb.