Gürcüstanda Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

26.02.2020 10:23
Hazırda Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının izolyasiya edilmiş palatalarında koronavirusun mümkün simptomları ilə 10 nəfər nəzarətdə saxlanılır.

REYD xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziya kanalına xəstəxanadan məlumat verilib. 

Bildirilib ki, həmin şəxslər Gürcüstan, Azərbaycan, Çin və İran vətəndaşlarıdır. Məlumata görə onlardan analiz götürülərək, Luqar laboratoriyasına göndərilib və nəticələr günorta saatlarında açıqlanacaq.