Abşeronda iki avtomobil toqquşub, ölən var

10.03.2020 13:53
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD-in APA-ya istinadən məlumatına görə, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

Xırdalan şəhər sakini, 36 yaşlı Sübhan Səlimovun idarə etdiyi "Ford" markalı avtomobil qarşıdan gələn "KİA” markalı avtomobillə toqquşub. "KİA”nın sürücüsü hadisə yerində ölüb.

"Ford”un sürücüsü Sübhan Səlimov isə yüngül bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.