İtkin düşən dörd nəfər tapıldı

20.03.2020 13:45
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da 23 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan üçü əvvəlki dövrlərlə bağlı cinayət olub.

Soyğunçuluq üzrə bir, narkotiklərlə əlaqəli səkkiz, baş vermiş oğurluq hadisələri ilə əlaqədar isə daha 10 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə, axtarışda olan 23 nəfər saxlanılıb.

Həmçinin, itkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailələrinə təhvil verilib.