Çində güclü zəlzələ: Tələfat və dağıntı...

20.03.2020 13:49
Çinin Tibet muxtar bölgəsində 5,9 bal gücündə zəlzələ olub.

REYD xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 9:33-də (Bakı vaxtı ilə 5:33) Siqacı şəhərində qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur. Mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib.

Yeraltı təkanlar Siqacı tabeliyindəki Tinqri dairəsində hiss olunub. Lakin evlərin uçması, nəqliyyat və kommunikasiyaların xətərinin zərər görmədiyi bildirilir. Yerli hökuməti daha ətraflı məlumat toplamaq üçün yaşayış məntəqələrinə nümayəndələr göndərib.

Çinin Nepal ilə sərhədin yaxınlığında yerləşən Tinqri ərazisinin çox hissəsi Comolunqma təbiət qoruğuna aiddir.