Ailələr arasında mübahisə qanlı bitdi

25.03.2020 16:03
Türkiyənin Van şəhərində iki ailə arasında münaqişə faciəyə səbəb olub.

"HaberGlobal”ın məlumatına görə, ailələr arasında silahlı münaqişə zamanı üç nəfər ölüb, səkkiz insan yaralanıb.

Yaralılar Vanın müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Münaqişənin səbəbi məlum deyil.