Kürdə boğulan kişinin meyiti tapıldı

18.05.2020 11:57
Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.