Ermənistanda koronavirusa yoluxanların sayı 5 mini ötüb

19.05.2020 11:09
Ermənistanda son sutka ərzində 218 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb. 

REYD xəbərinə görə, bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 5041 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 64 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 2164 nəfərdir.