Almaniyada koronavirusdan ölənlərin sayı 8 mini keçib

19.05.2020 11:24
Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 513 yoluxma halı qeydə alınıb, 72 nəfər vəfat edib.

REYD-in "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada koronavirusa yoluxanların sayı 175 210 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 8007 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 155 min nəfəri sağalıb.