Bakıda avtomobillə vurularaq ölən piyadanın kimliyi məlum olub

20.05.2020 10:00
Bakıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən kişinin şəxsiyyəti məlum olub. 

REYD-in  məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu, M. Həsənov küçəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyevanın idarə etdiyi "Jeep Cherokee” markalı avtomobillə naməlum kişini vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Yasamal rayon Polis İdarəsinin Ciayət Axtarış Şöbəsi və 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ramiz Ağaverdiyev olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismarı qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.