Bakıda 20 yaşlı qız özünü asdı

21.05.2020 11:29
Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 20-də, saat 20:45 radələrində 2000-ci il təvəllüdlü Sevdanə Qəhrəmanlı Maştağa qəsəbəsində, evinin həyətində özünü naqildən asıb.

Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır. İlkin məlumata görə, qızın psixi pozğunluğu olub və bu səbəbdən intihar edib.