Banqladeşdə gəmi aşıb, 11 nəfər ölüb

29.06.2020 10:38
Banqladeşin paytaxtı Dəkkə şəhərində Buriqanqa çayında gəmi aşıb.

REYD-in "Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən azı 11 nəfər ölüb.

Qeyd olunub ki, gəminin göyərtisində ümumilikdə 100-ə yaxın sərnişin olub.