Balakən sakinindən 19 kq narkotik götürülüb

30.06.2020 13:57
Balakəndə narkotacir tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kəndi ərazisində Mahamalar kənd sakini Q.Mamedova məxsus əkin sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu və 19 kiloqram 190 qram qurudulmamış marixuana aşkarlanıb götürülüb.

Araşdırma aparılır.