Almaniyada son sutkada koronavirusa 466 yoluxma qeydə alınıb, 12 nəfər ölüb

01.07.2020 11:24
Almaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 466 yoluxma qeydə alınıb.

REYD-in xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Almaniyada indiyədək 194 725 nəfər koronavirusa yoluxub.

Son sutkada 12 nəfər koronavirusdan vəfat edib, bununla da indiyədək infeksiyaya yoluxaraq vəfat edənlərin ümumi sayı 8 985 nəfərə çatıb.