Bakıda kişi tualetdə özünü asdı

02.07.2020 12:40
Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1991-ci il təvəllüdlü Nasir Əhmədov intihar edib.

Onun cəsədi iyulun 1-də saat 18:00 radələrində evinin həyətindəki tualetdə aşkarlanıb. N.Əhmədov özünü kəndirdən asıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.

İntiharın səbəbləri müəyyənləşdirilir.