Bu ilin 5 ayında yabanı halda bitmiş 15 ton narkotik xassəli bitki məhv edilib

03.07.2020 12:26
Aidiyyəti qurumlar tərəfindən bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə yaş kütləsi 15 ton 263 kq olan 54 min 537 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkar edilərək müvafiq qaydada məhv edilib.

REYD-in məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Qeyd edilib ki, yaş kütləsi 491 kq 300 qr  çətənə, 1 kq  700 qr xaş-xaş  narkotik tərkibli bitkiləri narkotik xassəli çətənə və xaş-xaş bitkiləri müəyyən edilərək prosessual tədbirlər görülməsi üçün istintaq orqanlarına verilib.