Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

10.07.2020 12:41
Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-da saat 15 radələrində Qəbələ rayonunun Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi "VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.