Makqreqorun işinə xitam verildi

15.04.2021 17:30
UFC-nin 2 çəki dərəcəsi üzrə sabiq çempionu, seksual hərəkətlər etməkdə günahlandırılan Konor Makqreqorun bağlı cinayət işinə xitam verilib.

Qol.az TMZ-ə istinadən xəbər verir ki, bu barədə 32 yaşlı idmançının nümayəndəsi Karen Kessler danışıb. O bildirib ki,  Fransanın Bastiya şəhərinin purokurorluğu yetəri qədər dəlil tapılmaması və cinayətinin sübut olunmaması səbəbindən işi dayandırıb.

Makqreqor 2020-ci ilin sentyabr ayında UFC ulduzu oan bir qadına təcavüz etməkdə şübhəli bilinib. Nəticədə o, polis tərəfindən Fransada Korsika adasında saxlanılıb.

Qeyd edək ki, Konor haqqında əvvəllər də dəfələrlə şikayətlər olsa da, bunların heç biri sübuta yetməyib.