Superliqada iki ispan nəhəngi qaldı

21.04.2021 16:52
"Milan” və "Yuventus" da Avropa Superliqasında iştirak etməkdən rəsmən imtina ediblər.

REYD xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

"Yuventus"un prezidenti Andrea Anyelli Superliqanın vitse-prezidenti seçilmişdi. O, bu layihəyə görə Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib.

Xatırladaq ki, bundan əvvəl İngiltərənin "Liverpul”, "Arsenal”, "Mançester Yunayted”, "Tottenhem”, "Mançester Siti”, "Çelsi”, İspaniyanın "Atletiko”, İtaliyanın "İnter” klubları Avropa Super Liqasını tərk etdiklərini açıqlayıblar. Hazırda turnirin yaradıcılarından yalnız İspaniya klubları - "Real” və "Barselona”  geri addım atmayıb.