Babək prospektində 36 yaşlı piyadanı avtomobil vurdu

22.04.2021 10:41
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Babək prospektində 36 yaşlı Abbasov Əflatun Mirzəbala oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.