Gürcüstanda koronavirusa yoluxanların sayı 300 mini ötüb

22.04.2021 10:50
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1226 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

REYD-in xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 300 264, ölənlərin sayı isə 3 981 nəfərə çatıb. Virusa yoluxanlardan 283 557 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə