Mübahisə bıçaqlanma ilə bitdi

26.04.2021 11:22
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Lək kənd sakinləri olan - Aslan Həsənli və Rövşən Vəzirov arasında mübahisə baş verib. 

Bu zaman A.Həsənli R.Vəzirovu bıçaqlayıb.

R.Vəzirov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir. 

Faktla bağlı araşdırma aparılır.