ABŞ-da bir gündə koronavirusa 32 mindən çox insan yoluxub

26.04.2021 17:43
ABŞ-da son sutka ərzində koronavirusa 32 065 nəfər yoluxub, 279 xəstə ölüb.

REYD "Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Cons Hopkins Universiteti yayıb.

Ümumilikdə pandemiya başlayandan bəri ABŞ-da 32 milyondan çox insan koronavirusa yoluxub, 572 mindən çox COVID-19 xəstəsi dünyasını dəyişib.