Deputatın anasının məzarından 2500 manatlıq çələng oğurlandı

26.04.2021 18:03
Deputat Ağalar Vəliyevin anasının məzarı üzərindən çələng oğurlanıb.

REYD xəbər verir ki, bununla bağlı millət vəkilinin ailə üzvləri polisə müraciət edərək məlumat veriblər.

A.Vəliyevin ötən ilin sentyabr ayında vəfat edən və Yasamal qəbiristanlığında dəfn edilən anası Qaragöz xanımın məzarı üzərindən 2500 manat dəyərində çələng və güllər oğurlanıb.

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.