Bakıda 1 107 avtobusda nağdsız ödəniş tətbiq edilir

28.04.2021 11:47
Ötən il 478 avtobusda nağdsız ödəniş tətbiq edilib.

REYD-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ümumilikdə 1 107 avtobusda nağdsız ödəniş tətbiq edilir. Gündəlik 600 minə yaxın sərnişin nağdsız ödənişdən istifadə edir. Avtobuslarda nağd ödəmə 47%, nağdsız ödəniş isə 53%-dir.