Hindistanda son sutkada COVID-19-a 379 min yoluxma qeydə alınıb

29.04.2021 11:05
Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 379 257 yoluxma halı qeydə alınıb.

REYD-in verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 18,38 milyonu ötüb.

Son 24 saat ərzində 3645 nəfər koronavirusdan vəfat edib və bununla da Hindistanda indiyədək infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 204 832 nəfərə çatıb.