Bu qrupda xaricdən sifarişlə bağlı bütün suallara cavab tapa biləcəksiniz

29.04.2021 16:49
Son zamanlar sosial şəbəkələrdə və ölkə ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri halına çevirilən xaricdən poçt və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər üçün gətirilən mallara aid bir çox suala cavab bu qrupda tapılır. Qrup keçən ilin sonlarında bir qrup gənc tərəfindən yaradılıb və qısa zamanda populyarlaşıb.

REYD-in məlumatına görə, əvvəlcə "Trendyol Azərbaycan" adlandırılan qrup daha sonra adını dəyişərək "TrendOl Azərbaycan" edib. Qrupda xaricdən sifariş, smart customs əlavəsi, daşıyıcı şirkətlərin tarifləri və xidmət keyfiyyətləri və digər suallara cavab tapmaq mümkündür.

"TrendOl Azərbaycan" üzvləri qrupda Türkiyə və başqa ölkələrdən sifarişlər barədə postlar aça, onlar haqqında məlumat ala bilər və məlumatlar verə bilərlər. Hər bir qrup üzvü istifadə etdiyi karqo şirkətlərinin nə cür sərfəli olduğu barədə məlumatlar paylaşa və öyrənə bilər.

Qrupda xarici saytlardan, əsasən də Türkiyənin onlayn mağazalarından sifarişlərin verilməsi və kargo şirkətləri ilə daşınma qaydaları bu xidmətləri istifadə etmək istəyən istehlakçılar üçün olduqca maraqlı mövzuların müzakirəsi gedir. Bundan əlavə öz şirkətlərini təmsil edən daşıyıcı şirlətlərin əksəriyyətinin nümayəndəsi qrupda yaranan suallara və anlaşımazlıqlara yerində cavab verir.

Əgər siz də xaricdən hər hansı bir məhsul sifariş etmək istəyir və müəyyən tərəddüdlərə sahibsinizsə, xarici saytlardan sifariş qaydalarını ətraflı izah edən bir qrupa üzv omaq istəyirsinizsə, o zaman "TrendOl Azərbaycan" qrupuna üzv ola bilərsiniz. Qrupda siz xaricdən sifarişlə bağlı bütün yararlı məlumatları əldə edəcəksiniz. Xarici saytlardan sifariş necə edilir? Ən çox hansı xarici (türk) saytlardan istifadə olunur? Etibarlı və təhlükəsiz alışverişi necə etmək olar? Kargo şirkətlərinin xidmətlərindən necə istifadə edə bilərsiniz? Bütün bu sualların cavablarını tapa biləcəksiniz.