Banqladeşdə gəmi qəzası: 25 nəfər həlak oldu

03.05.2021 11:32
Banqladeşdə çayda qayıq barja ilə toqquşub. 

Bu barədə "France Presse” məlumat yayıb.

Qeyd olunur ki, faciə Şibçar şəhəri yaxınlığındakı Padma çayında baş verib.

Yerli polis idarəsindən verilən məlumatda beş nəfərin xilas edildiyi 25 nəfərin isə boğularaq həlak olduğu açıqlanıb.