Hindistanda koronavirusa yoluxma 20 milyona çatır: Növbəti antirekord

03.05.2021 11:34
Hindistanda sutka ərzində koronavirusa 368 147 yoluxma qeydə alınıb.

Bu barədə NDTV məlumat yayıb.

Sözügedən göstərici pandemiyanın başlanğıcından bu yana antirekord hesab edilir. Ölkədə yoluxanların sayı 20 milyona yaxınlaşıb.

Ölkədə ölənlərin sayı 218 959-a çatıb. Sağalanların sayı isə 16,2 milyon olub.