Füzuli Dövlət Dram Teatrının aktyoru diploma layiq görülüb - FOTO

03.05.2021 12:41
Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktyoru Qaçaq Qarayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş " Sənsiz" adlı bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb.

Bu barədə REYD-ə teatrın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Qaçaq Qarayev 1981-ci il noyabrın 1-də Füzuli rayonun Yağlıvənd kəndində anadan olub. 2009-cu ildən Füzuli DDT-da aktyor olaraq çalışır. İşlədiyi müddətdə S.S.Axundov "Şahsənəm və Gülpəri”də Qafar, "Tamahkar”da Məhərrəm bəy, A.Səfərli "Qarabağım qan ağlar”da Səməndər, S.Axundov "Bəndalı bəndə düşüb”də Əli, Y.Əzimzadə "Nəsrəddin”də Əhməd, S.Dağlı "Oyun bitdi”də Gavı, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Mayıl, Q.Rəsulov "Məhəbbət oyunu”da Nuruş, Ə.Əmirli "Onun iki qabırğası”nda Səyyad, H.Mirələmov "Vicdanın hökmü”ndə Rəhim, Həzi Aslanovun 110 illiyi ilə əlaqədar "Qafqaz dağlarından boylanan günəş” poetik xalq tamaşasında Həzi Aslanov və s. obrazlarını yaradıb.