Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada öldü

03.05.2021 13:42
Tovuz rayonunda yol-nəqliyyat hadisəısi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Mayın 2-də saat 13 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayon sakini F.Alıyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nazim Hacıyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.