31 müəllim sertifikasiyanın müsahibə mərhələsindən kəsilib

ÖLKƏ

21 Sentyabr 2022 | 15:17

1505 dəfə oxunub

Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsindən uğurla keçən 8766 nəfərdən 59-u müsahibə mərhələsində iştirak etməyib.

REYD xəbər verir ki, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

12-19 sentyabr tarixlərində keçirilən müsahibələrdə iştirak edən 8707 müəllimdən isə 8676-sı uğur qazanıb. 31 nəfər isə müsahibə mərhələsindən kəsilib.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023