"Atasığorta" şirkətinə yeni sədr təyin edilib

İQTİSADİYYAT

20 Sentyabr 2022 | 12:23

1830 dəfə oxunub

"AtaSığorta" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə REYD-ə sığorta şirkətindən bildirilib. Məlumata görə, səhmdarların qərarı ilə İdarə Heyətinin sədr müavini Xətai İsmayılov şirkətin yeni sədri seçilib.

Qeyd edək ki, İH-nin keçmiş sədri Orxan Məmmədov şirkətdən ayrıldıqdan sonra onun vəzifəsinin müvəqqəti icrası X.İsmayılova tapşırılmışdı.

Xatırladaq ki, X.İsmayılov 2011-ci ildən “AtaSığorta”da müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə Hüquq departamentinin direktoru, 2021-ci ildə isə şirkətin İdarə Heyəti sədrinin müavini təyin edilib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023