Azərbaycana geyim idxalı avqustda 2 dəfədən çox artıb

İQTİSADİYYAT

20 Sentyabr 2022 | 16:28

1807 dəfə oxunub

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 171 180,59 min. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

REYD-in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% artıb.
Bu ilin iyul ayı ilə müqayisədə isə avqustda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 23 830,44 min dollar və ya 2,2 dəfə artıb. Avqust ayında ölkəyə 43 738,71 min dollar dəyərində geyim əşyaları idxal olunub.

Qeyd edək ki, bu ilin ilk səkkiz aylarında geyim əşyalarının və geyim üçün ləvazimatlarının idxalının ümumi idxalda payı 1,93% təşkil edib.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023