Dövlət Xidməti: VPN-dən istifadə zamanı təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır

İQTİSADİYYAT

21 Sentyabr 2022 | 14:29

1497 dəfə oxunub

Həyata keçirilən antiterror əməliyyatı zamanı çoxsaylı kiberhücumlar baş verir ki, bu hücumlar daha çox insanları hədəfə alır.

REYD xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. Onun sözlərinə görə, bunun əsas məqsədi insanlardan məlumat oğurlamaq, ajiotaj yarada biləcək məlumatlarla hansısa linklərə daxil olmalarına sövq etməkdir.

"Böyük infrastrukturlara isə daha çox DDos hücumların şahidi oluruq ki, bu da xidmətdən imtinaya səbəb olacaq yanaşmadır. Bu ən çox yayılan hücum metodlarından olduğuna görə, xakerlər bu üsullardan istifadə edirlər. Bu günümüzdə də belə hallarla rastlaşırıq",- deyə Tural Məmmədov qeyd edib.

O həmçinin, bloklamalar zamanı VPN-lərdən istifadə məsələsinin də gündəmə gəldiyini bildirib.
"Son zamanlar VPN-lərin nə dərəcədə təhlükəsiz olduğu ilə bağlı suallar daxil olur. Bildiyiniz kimi, bir çox hücumları biz ölkə sərhədlərində bloklayırıq birinci səviyyəli provayderlər vasitəsilə. Bloklanan linkləri açmaq üçün VPN-dən istifadə zamanı ölkədən birbaşa xarici serverlərə qoşulmuş olursunuz, nəticədə bloklanmağın effektivliyi olmur və daha asan formada yoluxma ehtimalınız artır. Yəni bu baxımdan bu təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır", - deyə Tural Məmmədov əlavə edib.

 



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023