Keçmiş polis intihar etdi

HADİSƏ

20 Sentyabr 2022 | 12:31

2172 dəfə oxunub

Bakıda keçmiş polis əməkdaşı intihar edib.

REYD-in məlumatına görə, vaxtilə Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov ötən gecə yaşadığı evdə özünü asıb.

İlkin ehtimalallara görə, onun intiharına səbəb xəstəliyi olub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən REYD-ə təsdiq ediblər.

Araşdırma aparılır.



SON XƏBƏRLƏR

09 Oktyabr 2023
07 Oktyabr 2023
06 Oktyabr 2023
05 Oktyabr 2023
04 Oktyabr 2023
03 Oktyabr 2023